logo

Toxmaqla

Ritmik Yeriş

Azərbaycan İdman Yerişi

Soltan Melikov

Dostlar!

Sizə təqdim etdiyim “Toxmaqla Ritmik Yeriş” və ya “Azərbaycan idman yerişi” (AY-TRY) unikal keyfiyyətlərə malik yeni fiziki təlim növüdür. Bu yeriş sıçrayışla irəliləyən idmançının hərəkətinə bənzəyir. Hər iki qol eyni zamanda təcillə irəli və geri hərəkət edir. Ayaqlar növbə ilə qabağa doğru iri addımlar atırlar. Əldə tutulan xüsusi idman aləti - “toxmaq”-la yeriş zamanı bədən əzələlərinin 90%-ni hərəkətə gətirməklə yerişi sürətli və səmərəli edir. Bu yeriş xüsusi ritmə malikdir.

AY-TRY - Gözəl görünmək və cavan qalmaq istəyənlərin yerişidir

AY-TRY - Artıq çəkidən, depressiyadan və xəstəlikdən qaçanların yerişidir

AY-TRY - Həyatınizi irəli aparan ən yaxşı vasitədir!

“Uğurlu həyat - irəliyə doğru hərəkət deməkdir!”

AY-TRY nədir?

“Toxmaqla Ritmik Yeriş” və ya “Azərbaycan idman yerişi” (AY-TRY) unikal keyfiyyətlərə malik yeni fiziki təlim növüdür. Adından göründüyü kimi, bu yeriş zamanı “toxmaq” adlanan yeni idman alətindən istifadə edilir. Toxmaq elastik yay funksiyasını yerinə yetirərək idmançı hərəkət edən zaman onun əl, bilək, qol, çiyin, kürək, sinə və qarın əzələlərini məşq etdirir.

Toxmaq

Toxmaq taxtadan, plastmasdan və ya ebonitdən hazırlanmış xüsusi idman alətidir. O, silindrik formalı korpusa, 50 sm uzunluğa, 3,5 sm diametrə və cəmi 600 qram çəkiyə malikdir. Toxmağın səthi hamardır və orta hissəsində rahat tutacaq vardır. Hərəkət zamanı toxmağın ağırlıq mərkəzi tarazlıq nöqtəsi ətrafında 15-20 sm olan amplitudla irəli və geri rəqsi hərəkət edir.

  • Toxmaq kompakt və yüngüldür, daşınması asan və rahatdır
  • Tam təhlükəsizdir, idmançıya və ətrafdakılara heç bir xəsarət yetirə bilməz
  • Xüsusi saxlanma qabına malikdir
  • Toxmağın çəkisinin az olması hər kəsə fiziki yorğunluq hiss etmədən uzun müddət (1 saat və daha artıq) fasiləsiz hərəkət etməyə imkan verir
  • Toxmaq hamı üçün əlçatandır

AY-TRY-ın digər yerişlərdən əsas fərqi

  • Bu yeriş zamanı idmançı hər iki əlində dinamik ağırlıq mərkəzinə malik olan “TOXMAQ” idman aləti tutaraq hərəkət edir
  • Adi yerişdən fərqli olaraq, bu yeriş zamanı idmançı hər iki qolunu sinxron olaraq eyni istiqamətdə irəli və geri təcillə hərəkət etdirir. Qolların periodik hərəkəti ayaq addımları ilə sinxronlaşdırılır ki, bu da yerişin təbii şəkildə sürətlənməsinə səbəb olur.

AY-TRY-ın texnikası

Toxmaqla Ritmik Yeriş texnikasına yiyələnmək çox asandır. O üç mərhələdən ibarətdir:

  • Idmançı dayandığı yerdə toxmaqları sinxron olaraq maksimal amplitudla irəli və geri hərəkət etdirir.
  • Idmançı toxmaqların sinxron rəqsi hərəkətini davam etdirməklə iri addımla yerişə başlayır.
  • Toxmaqların hərəkəti addımlarla tam sinxronlaşır və yeriş bu ritmdə davam etdirilir.

AY-TRY-ın əsas faydası

  • Toxmaqla Ritmik Yeriş - bədənin kompleks fiziki təlimidir. O fiziki təsir baxımından qaçış və adi yerişi çox üstələyir. Əgər qaçış və yeriş zamanı fiziki gərginlik bədənin yalnız aşağı hissəsinə ötürülürsə, Toxmaqla Ritmik Yeriş zamanı əl, boyun, ciyin nahiyəsi, qarın və kürək əzələləri, bütövlükdə bədənin 90%-i hərəkətə gəlir.
  • Toxmaqla Ritmik Yeriş ilk növbədə arıqlamanın ən səmərəli üsullarından biridir. Bu yeriş zamanı bədənin əksər əzələləri aktiv fəaliyyətdə olduğu üçün, enerji sərfi çox yüksəkdir (adi yeriş zamanı sərf edilən enerjidən iki dəfə çox). Maraqlıdır ki, bununçün çox da böyük fiziki gərginlik tələb olunmur və ağır fiziki məşqlərə ehtiyac qalmır. AY-TRY-ın unikal keyfiyyəti ondadır ki, toxmaqları hərəkətə gətirmək üçün qol əzələlərinin tətbiq etdiyi güc bir tərəfdən onların inkişafını təmin edirsə, digər tərəfdən idmançının yeriş zamanı hərəkət sürətinin artırılmasına sərf olunur.
  • Toxmaqla Ritmik Yerişin insan sağlamlığına çox böyük xeyri vardır. O, vestibulyar aparatı möhkəmlədir, koordinasiyanı yaxşılaşdırır, əsəb gərginliyini aradan qaldırır və işgüzarlığı artırır.

AY-TRY-ın əlavə üstünlükləri

  • Xüsusi hazırlıq tələb olunmur
  • Hər yaş qrupuna və müxtəlif sağlamlığa malik olan insanlar üçün əlverişli idmandır
  • İlin bütün fəsillərində fiziki məşq etməyə imkan verir
  • Məşqlər açıq havada və ya fitnes-klublarda aparılır
  • Məşqləri fərdi və qrup halında aparılır və idmançılar arasında ünsiyyətə imkan verir

AY-TRY kimlər üçündür?

AY-TRY hər yaş qrupuna və müxtəlif sağlamlığa malik olan insanlar üçün əlverişli idman növüdür. Şərti olaraq 7-dən 77 yaşa qədər kişi və qadınlar bu idmanla məşğul ola bilərlər.

Ekipirovka və aksesuarlar

AY-TRY üçün ekipirovkaya TOXMAQ, rahat idman paltarı və ayaqqabı daxildir. Məşq müddətinə və orqanizmin vəziyyətinə nəzarət etmək üçün əlavə olaraq saat, addımölçən və nəbzölçən götürmək olar.

AY-TRY-ın yaranma tarixi

AY-TRY fiziki təlim növünün nəzəri əsasları və “toxmaq” idman aləti 2014-cü ildə Azərbaycanda yaradılmışdır. 2015-ci ildə yeni idman aləti sınaqdan çıxarılmış və təkmilləşdirilmişdir. “AY-TRY” fiziki təlim növü və “toxmaq” idman alətinin işləmə prinsipi və potensial imkanları 2015-ci ildə Azərbaycan alimləri tərəfindən araşdırılmış və onların iştirakı ilə müvafiq təqdimat keçirilmişdir. AY-TRY dünyada mövcud olan analoqları ilə müqayisə olunmuş, orjinal və çox faydalı hesab edilmişdir. Onun kiçik partiyalarla istehsalına hazırlıq başa çatmış və müxtəlif materiallardan işlək nümunələr hazırlanmışdır.

Hazırlıq kursları

Toxmaqla Ritmik Yeriş üzrə Bakıda və Azərbaycanın digər iri şəhərlərində hazırlıq kursları təşkil edilir. Kurslara yazılmaq üçün Tripsome.az saytından biletlər əldə edə bilərsiniz.

Əlaqə

logo

Toxmaq və AY-TRY üzrə təlimat kitabçası almaq üçün, eləcədə “AY-TRY sevənlər klubu”-na üzv olmaq istəyənlər bu ünvana müraciət edə bilərlər.

Ünvan: 202 Binəqədi şossesi, Bakı, Azərbaycan

Əlaqə tel: +994124124369
Mobil tel: +994503128650
E-mail: info.aytry@gmail.com